Bakı. Trend:
Yaxın zamanlarda Həştərxanda Azərbaycan biznes mərkəzi, İran ticarət evi və Türkmənistan sənayeçilər və sahibkarlar ittifaqının nümayəndəliyi fəaliyyətə başlayacaq.
Trend-in məlumatına görə, bunu Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin deyib.
O qeyd edib ki, Həştərxan vilayəti artıq uzun illərdir ki, Rusiya siyasətinin Xəzər istiqamətində əsas ötürücüsü kimi çıxış edir.