...

AZƏRBAYCANDA PUL KÜTLƏSİ 6,3% ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2005 11:50 (UTC +04:00)

May ayında Azərbaycanda pul kütləsinin həcmi 7,4% artıb, 2005-ci il üzrə isə bu artım 6,3% təşkil edib. Azərbaycan Milli Bankından Trend ə verilən məlumata əsasən, iyunun 1-nə pul kütləsinin həcmi (M2) 3631,8 mlrd manat təşkil edib (2005-ci ilin mayın 1-nə 3381,8 mlrd manat və yanvarın 1-nə 3418 mlrd manat).

Mayda nağd vəsaitlərin həcmi (M0) 5,85% artıb, bir ilə onun enməsi 4,203% təşkil edib. İyunun 1-nə M0 2489,4 mlrd manata bərabər olub (2005-ci ilin mayın 1-nə 2351,8 mlrd manat və yanvarın 1-nə 2389 mlrd manat).

Nağdsız vəsaitlərin həcmi may ayında 10,913% təşkil edib, cari il üzrə onun artımı artıq 11,02%-ə bərabərdir. İyunun 1-nə nağdsız vəsaitlərin həcmi 1142,4 mlrd manata çatıb (2005-ci ilin mayın 1-nə 1030 mlrd manat və yanvarın 1-nə 1029 mlrd manat).

Xəbər lenti

Xəbər lenti