...

AZƏRBAYCAN MİLLİ BANKI İKİNCİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏXMİNƏN 360 MLRD MANAT YERLƏŞDİRMƏYİ PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2005 12:05 (UTC +04:00)

Azərbaycan Milli Bankı cari ildə qısamüddətli notların emissiya prospektinin yerləşdirilməsinə dair proqnozları açıqlayıb. Milli Bankdan Trend ə bildirildiyi kimi, cari ildə nominal üzrə real yerləşdirmə 358,18 mlrd manat təşkil etməlidir.

Bu zaman nominal üzrə ümumi həcmi 500 mlrd manat olan ikinci prospekt notlarının hərraca çıxarılması planlaşdırılır. Beləliklə, Milli Bank nominal üzrə ümumi həcmi buraxılmış notların ümumi həcminin 71,636%-nə bərabər olan notların yerləşdirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti