Azərbaycan Milli Bankı İsveçrənin Milli Bankı tərəfindən yeni texniki yardım proqramını razılaşdırıb. AMB-nin baş direktoru Ş.Mövsümovun Trend ə bildirdiyinə görə, banklar əməkdaşlıq proqramını təzələyib.
"İsveçrə bankı monetar idarəetmə və siyasət, pul dövriyyəsi sahələrində bizə yardım göstərir. Yaxın zamanlarda biz kadrların idarə olunması sahəsində əməkdaşlıq etməyi planlaşdırırıq. Proqram müddətsizdir və köhnə proqramların müddətinin bitməsi və yeni layihələrin hazırlanması çərçivəsində qəbul edilir", - deyə Ş.Mövsümov qeyd edib.
Proqramda daxili auditin inkişafına yardım və ödəmə sistemlərinə nəzarət yeni istiqamətlərdir. İsveçərə Milli Bankı AMB-yə BVF xətti üzrə yardım göstərir: İsveçrə fondda Azərbaycanın da daxil olduğu ölkələr qrupunu təmsil edir.