...

BEYLƏQANDA 20-DƏN ARTIQ SAHİBKAR 1,6 MİLYRD MANATLIQ GÜZƏŞTLİ KREDİT ALIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 17:08 (UTC +04:00)

Avqustun 23-də Azərbaycanın Beyləqan rayonunda biznes-forum keçirilib. Bu barədə Trend məlumat yayıb. Tədbirdə iqtisadi inkişaf naziri Fərhad Əliyev, nazirliyin nümayəndələri, İcra hakimiyyəti və sahibkarlar iştirak edib.

F.Əliyevin sözlərinə görə, bu tədbir Azərbaycan regionlarının sosial inkişafına dair Dövlət proqramı çərçivəsində həyata keçirilən 24-cü tədbirdir.

Ölkənin inkişafı üçün qanunvericiliyi təkmilləşdirmək, biznes iqlimin yaxşılaşması, infrastruktur layihələrin reallaşdırılması, vergi faizlərinin aşağı salınması, ixrac və idxal əməliyyatlarının sadələşdirilməsi və s.

F.Əliyev qeyd edib ki, hökumət daha çox ehtiyacı olan regionlara vəsait ayırır. Taxılçılıq və heyvandarlıq sahələrinə daha çox üstünlük verilir. Belə rayonlardan biri də Beyləqandır. Nazir qeyd edib ki, hazırda Aran iqtisadi zonasında 968 kiçik və orta müəssisə 53 milyard manatlıq güzəştli kredit alıb.

Təkcə Beyləqan rayonunda 229 layihəyə 4 milyard manat ayrılıb. Tədbirin gedişində 21 sahibkar 1,6 milyard manatlıq güzəştli kredit alıb. Görülən işlərin hesabına 400 yeni iş yeri açılıb.

Xəbər lenti

Xəbər lenti