...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ "OĞUZ-ŞƏRAB" SC-NİN ÖZƏLLƏŞDİRİLMƏSİ ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ ELAN EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2005 16:11 (UTC +04:00)

İqtisadi inikşaf nazirliyi (İİN) tərəvəz konservlərinin istehsalı və üzümün emalı ilə məşğul olan "Oğuz-şərab" SC-nin özəlləşdirilməsi üçün investisiya müsabiqəsi elan edib.Bu barədə Trend agentliyinə İİN dövlət mülkiyyətinin idarə edilməsi və özəlləşdirmə Departamentində bildirilib.

Demək olar ki, bütün aksiya paketi (98,4%) sərmayəçilərə təklif ediləcək, qalan hissə isə işçi kollektivi tərəfindən qapalı iltizam vasitəsilə alınıb.

Müsabiqə təkliflərinin qiymətləndirilməsi dekabrın 16-da olacaq.Müsabiqənin iştirakçıları dekabrın 20-dək dövlət mülkiyyətinin idarə edilməsi və özəlləşdirmə Departamentində özəlləşdirmə planı ilə tanış ola bilər.Sərmayəçilər öz investisiya proqramı çərçivəsində yüksək keyfiyyətli kimya sənayesi məhsullarının istehsalı, qoyulan sərmayənin istiqamətləri, bunların investisiya həcmi və müddəti üzrə təkliflərini göstərməlidir.Bu gün üçün bunlar 26 işçi olaraq nəzərdə tutulur.Müsabiqənin qalibi dövlət büdcəsinə 185 mln. manatdan az olmayaraq hzesab köçürməli və İİN -nin departamentinə 34 min özəlləşdirmə qəbzi ödəməlidir.

Zavodun nizamnamə kapitalı bir aksiyanın nominal dəyəri 10 min manat olmaqla 1,2 mlrd. manat təşkil edir. Müəssisənin debitor borcları 1,2 mlrd. manat ( $255,3 min) təşkil edir. Zavod 1983-cü ildə istismara verilib.

Xəbər lenti

Xəbər lenti