...

BİRJA ELEKTRON SİSTEMİ TİCARƏTİNİN DÖVRİYYƏSİ 2005-Cİ İLDƏ 459,364 MİLYON DOLLAR TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2005 10:58 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjasının (BBIB) Birja Elektron Sistemi Ticarətinin (BEST) dövriyyəsi avqustun 29-u sentyabrın 2-də 8,24 milyon dollar təşkil edib. BBIB -dən Trend ə verilən məlumata görə, 2005-ci il ərzində BEST-in dövriyyəsi 459,364 mln dollara bərabərdir.

Avqustun 29-u sentyabrın 2-də BEST-də valyutalaşdırma ilə əlaqədar sazişlər bağlanıb. Avqustun 29-da dövriyyə $0,27 mln (orta müadilə məzənnəsi 4627 AzM/USD), avqustun 30-da $1,641 mln (4624,26 AzM/USD), avqustun 31-də $1,399 mln (4622,9 AzM/USD), sentyabrın 1-də $4,66 milyon (4616,05 AzM/USD), sentyabrın 2-də $0,27 milyon (4612 AzM/USD) dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti