...

AZAL Dövlət Konserni MDB ölkələrinə aviareyslərin sayını artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 13:28 (UTC +04:00)

AZAL Dövlət Konserni MDB ölkələrinə aviareyslərin sayını artırmağı planlaşdırır. Bu barədə Trend ə DK-nın sədr müavini Arif Məmmədov bildirib. "Çox güman ki, biz Sankt-Peterburqla reysləri bəpa edəcək və Moskvaya uçuşların sayını artıracağıq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Misirə yeni aviareysin açılışı üzrə işlər aparılır. "Hazırda bu məsələ ilə bağlı hər iki ölkə arasında prinsipial razılaşma yoxdur və Bakı-Qahirə reysinin açılacağı və ya Bakı-Şarm-əl-Şeyx reysinin Qahirəyə qədər uzadılacağı müəyyən edilməyib", - deyə A.Məmmədov bildirib.

Bundan başqa, AZAL DK Azərbayanla İtaliya arasında yeni aviareys açmaq niyyətindədir. Bakı-Milan-Bakı aviareysinin açılışı noyabrın 21-nə təyin olunub.

Bakı-Bağdad aviareysinin açılışına gəldikdə, A.Məmmədov bildirib ki, bu məsələ ilə bağlı İraq tərəfindən müvafiq müraciət edilsə də, hələlik aviareysin açılması planlaşdırılmır.

Xəbər lenti

Xəbər lenti