Azərbaycan Mikro Maliyyələşdirmə Bankının səhmdarları Nizamnamə kapitalının artırılması imkanlarını nəzərdən keçirir. Bu barədə Trend ə AMMB-nın İdarə Heyətinin sədri Tomas Enqelhxard məlumat verib. Onun fikrincə, 2006-cı ilin yayından bu məsələ ilə bağlı qərarın qəbul edilməsi gözlənilir.
Bu gün bankın Nizamnamə kapitalı $6,850 mln təşkil edir. O həmin səviyyəyə Almanyia Yenidənqurma Bankı KFW -in nın ki, $1,710 mln məbləğində öz payını ödəməsindən, digər səhmdar LfC konsaltinq şirkətinin öz zərfini $390 min genişləndirməsindən sonra çatıb.
Hazırda AMMB-nın bütün səhmdarlarının pay iştirakları aşağıdakı kimi paylaşdırılıb: KFW-yə 24,96%, LfC şirkətinə 5,7%, Qara dəniz Ticarət və İnkişaf bankına və Beynəlxalq Maliyyə Korporasiyası hər birinə 25,55% ($1,750 mln) olmaqla, AYİB -ə 19,24% ($1,250 mln) olub.