...

Naxçıvan Muxtar Respublikasına 126051,7 min AZN məbləğində sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2006 16:48 (UTC +04:00)

2005-ci ildə Naxçıvan Muxtar Respublikasına 126051,7 min AZN məbləğində sərmayə qoyulub ki, bu da 2004-cü illə müqayisədə 57,2% çoxdur. Bu barədə Trend ə NMR-in Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.

Bu dövr ərzində tikinti-quraşdırma işlərinə ayrılmış sərmayənin həcmi 44,3% artaraq 102003 min AZN təşkil edib. Bu göstərici ümumi kapitalın 80,9%-dir.

Nümayəndəlikdən o bildirilib ki, 2005-ci ildə NMR-in tikinti müəssisələri tərəfindən 92240,1 min AZN məbləğində işlər görülüb ki, bu da 2004-cü illə müqayisədə 43,9% çoxdur.

Görülmüş işlərin 72579,6 min AZN (78,7%) yeni tikililərin, yenidənqurma və genişləndirmə işlərinin, 15206,6 min AZN (16,5%) - əsaslı təmir, 1767,1 min AZN (1,9%) - cari tikinti, 2686,8 min AZN (2,9%) isə digər işlərin payına düşür.

Xəbər lenti

Xəbər lenti