Aqrolizinq ASC Bakıda regional bazanın açılması məsələsinin həllinin tezləşdirilməsi ilə bağlı hökumətə müraciət edib. Bu barədə Trend ə dövlət strukturundan məlumat verilib.
"Hazırda Əli-Bayramlı, Şəki, Cəlilabad, Xaçmaz, Gəncə və Tovuzda bir, Yevlax və Şamaxıda isə yaxın vaxtlarda müəssisəyə təqdim olunacaq iki bazanın olmasına baxmayaraq, Bakıda bazanın yaradılması, xususilə sahənin ayrılması məsələsi açıq qalmaqdadır", - deyə ASC-dən bildirilib.
Keçən ildən başlayaraq ASC bu bazalar vasitəsilə dövlət bücdəsindən ayrılmış vəsait hesabına alınmış texnika və gübrəni fermerlərə verməyə başlayıb. 1000-dən çox kənd təsərrüfatı texnikasının alınmasına 92 mlrd manat sərf olunub.
Texnika fermerlərə girov qoyulduqda və bütün dəyərin 10%-i ödənildikdə verilir.