...

BP martda Azərbaycanda əlavə neft axtarışına başlayacaq

Energetika Materials 18 Yanvar 2016 17:10 (UTC +04:00)
"BP-Azerbaijan" şirkəti bu il martın 1-dən Xəzərin Azərbaycan sektorunun Abşeron yarımadası ətrafında dayazsulu hissədə yerləşən potensial perspektiv strukturlarda 3 ölçülü (3D) seysmik araşdırmalara başlamağı planlaşdırır.
BP martda Azərbaycanda əlavə neft axtarışına başlayacaq

Bakı. Maksim Tsurkov - Trend:

"BP-Azerbaijan" şirkəti bu il martın 1-dən Xəzərin Azərbaycan sektorunun Abşeron yarımadası ətrafında dayazsulu hissədə yerləşən potensial perspektiv strukturlarda 3 ölçülü (3D) seysmik araşdırmalara başlamağı planlaşdırır.

Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, bu barədə ətraf mühitə təsirin qiymətləndirliməsi üzrə hesabatda (OBOC) deyilir.

Hesabat layihəsi AECOM şirkəti tərəfindən hazırlanıb və 2016-cı il fevralın sonunadək təklif və iradlar üçün açıqdır.

Hesabatda bildirilir ki, 3D-seymsik araşdırmalara martda başlanılıb noyabrın 24-dək yekun vurulacağı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti