...

SOCAR: AGRİ layihəsi dondurulmayıb

Energetika Materials 19 Noyabr 2016 15:01 (UTC +04:00)
Azərbaycan-Gürcüstan-Rumıniya boru kəmərləri sistemi (AGRI) layihəsi dondurulmayıb, lakin onun icrası üçün vaxt lazımdır.
SOCAR: AGRİ layihəsi dondurulmayıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan-Gürcüstan-Rumıniya boru kəmərləri sistemi (AGRI) layihəsi dondurulmayıb, lakin onun icrası üçün vaxt lazımdır.

Trend-in Rumıniya KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Süleyman Qasımov deyib: "Bu layihə böyük investisiyalar tələb edir. Əvvəlcə Gürcüstanda, sonra Rumıniyada terminallar tikmək lazımdır. Bu, böyük xərclər tələb edir".

S.Qasımov SOCAR-ın hazırda TAP və TANAP kimi layihələrdə iştirak etdiyini vurğulayıb.

Digər tərəfdən o, AGRİ layihəsinin bütün iştirakçıların dəstəyi ilə icra oluna biləcəyini də deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti