...

Azərbaycan hökuməti ilə Dünya Bankı TANAP layihəsi üzrə saziş imzalayacaq

Energetika Materials 16 Yanvar 2017 13:38 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Transanadolu qaz kəməri (TANAP) layihəsi üzrə kredit sazişinin imzalanma mərasimi keçiriləcək
Azərbaycan hökuməti ilə Dünya Bankı TANAP layihəsi üzrə saziş imzalayacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında Transanadolu qaz kəməri (TANAP) layihəsi üzrə kredit sazişinin imzalanma mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Dünya Bankının Bakı ofisindən məlumat verilib.

Layihənin icra olunması üçün Dünya Bankı Azərbaycana 400 milyon dollar ayırıb.

İmzalanma mərasimi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonun Bakıya səfəri zamanı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti