...

Azərbaycan bu məhsulun 80 faizini ixrac edəcək

Energetika Materials 25 Aprel 2017 19:56 (UTC +04:00)
Gələn il Azərbaycanda gündəlik olaraq 2000 ton karbamid istehsal olunacaq
Azərbaycan bu məhsulun 80 faizini ixrac edəcək

Bakı. Trend:

Gələn il Azərbaycanda gündəlik olaraq 2000 ton karbamid istehsal olunacaq.

Trend-in məlumatına görə, bunu Bakıda II “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı və neft-kimya” beynəlxalq forumunda “Azərkimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, bundan başqa, 2018-ci ildə polipropilenin gündəlik istehsalat həcmi 500 tona, polietilenin istehsalat həcmi 600 tona çatdırılacaq.

Azərbaycanda istehsal olunan polipropilen və karbamidin 80 faizi ixracata yönələcək.

Xəbər lenti

Xəbər lenti