...

Ekspert: Neftin qiyməti bir barrel üçün 60 dollar həddini aşacaq

Energetika Materials 25 May 2017 22:02 (UTC +04:00)
Neft hasilatının məhdudlaşdırılması üzrə sazişin növbəti 9 ay üçün uzadılması ehtimalı çox yüksəkdir
Ekspert: Neftin qiyməti bir barrel üçün 60 dollar həddini aşacaq

Bakı. Anaxanım Hidayətova - Trend:

Neft hasilatının məhdudlaşdırılması üzrə sazişin növbəti 9 ay üçün uzadılması ehtimalı çox yüksəkdir.

Bunu Trend-ə Ukraynanın Energetika Strategiyaları Fondunun həmsədri, ekspert Dmitri Maruniç deyib.

Onun sözlərinə görə, sazişi OPEK-ə üzv olmayan bir sıra ölkələr dəstəkləcəyək, eləcə də yeni üzvlər, məsələn, Qazaxıstan bu sazişə qoşula bilər.

Ekspert qeyd edib ki, bu vəziyyətdə neftin qiyməti bir barrel üçün 60 dollar həddini aşa bilər.

D.Maruniç əlavə edib ki, neft hasilatının məhdudlaşdırılması üzrə razılaşma qiymətlərin artımına xidmət edir, bu isə neft hasil edən ölkələrin büdcələrinə müsbət təsri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti