...

AZERBAIJAN GAZ EMALI SC ARDNŞ-İN TƏBİİ QAZININ EMALINI 125 MLN. M3 ARTIRIB

Energetika Materials 8 İyul 2005 15:31 (UTC +04:00)

Azerbaijan Gaz Emali SC (AGE -Azərbaycan qaz emalı zavodu) 2005-ci ilin yanvar-iyun aylarında 1,335 mlrd. m3 təbii qaz emal edib ki, bu da 2004-cü ilin altı ayı ərzində emal edilən qazdan 125 mln. m3 çoxdur.Bu barədə Trend agentliyinə AGE-də bildirilib.

Azərbaycan qaz emalı zavodu Azərbaycan dövlət neft şirkətindən (ARDNŞ) sutkalıq təbii qaz alır və həmin qaz neft-qaz çıxarma idarələri (NQÇİ) tərəfindən şirkətə məxsus yataqlarda hasil edilir.

AGE -də bildirilib ki, zavod plan üzrə 1,203 mlrd. m3 təbii qaz emal etməli idi, amma yanvar-iyun aylarında faktiki emal 1,335 mlrd.m3 təşkil edib.

Zavod 1961-ci ildə istismara verilib.Emalın layihə gücü ildə 6,5 mlrd. m3 və 650 min ton qaz-kondensat təşkil edir.Azərbaycan hökuməti iyunda zavodun özəlləşdirilməsinin tenderini elan edib və müəssisənin aksiyalarının 87,14%-ni təqdim edir, qalan 12,86% isə səhmdar cəmiyyətin işçiləri arasında bölüşdürülüb.

Xəbər lenti

Xəbər lenti