...

AZƏRBAYCAN NEFTİNİN QİYMƏTİ ARTIB

Energetika Materials 11 İyul 2005 11:30 (UTC +04:00)

İyulun 8-də bir barel AZERI LT CIF neftinin qiyməti 59,88 dollar olub (əvvəlki qiymətlə müqayisədə bir barel neftin qiyməti 1,60 dollar qalxıb). Azeri Light neftinin sıxlığı APİ üzrə 34,9 dərəcə, kükürdün həcmi - 0,14% təşkil edir.

İyulun 8-də bir barel URAL (EX-NOVO) neftinin qiyməti 55,37 dollar olub (bir barel neftin qiyməti 1,64 dollarn qalxıb). URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə, kükürdün həcmi - 1,3% təşkil edib.

1 barel Brent neftinin qiyməti iyulun 7-də 59,01 dollar olub (bir barel neftin qiyməti 1,47 dollar artıb). DTD neftinin APİ üzrə sıxlığı 38,3 dərəcə, kükürdün həcmi - 0,36% təşkil edib.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti