...

BARMEK AZƏRBAYCAN 2005-2007-Cİ İLLƏRDƏ BAKI VƏ SUMQAYIT ELEKTRİK ŞƏBƏKƏLƏRİNİN İNVESTİSİYA İNKİŞAF PROQRAMINI İŞLƏYİB HAZIRLAYIB

Energetika Materials 28 İyul 2005 14:01 (UTC +04:00)

Barmek Azərbaycan (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkələri üzrə operator) 2005-2007-ci illərdə Bakı və Sumqayıtın elektrik şəbəkələrinin investisiya inkişaf proqramını işləyib hazırlayıb. Bu barədə Trend ə şirkətdə bildirilib.

Hazırda proqram İqtisadi İnkişaf Nazirliyinə təqdim olunub. "Proqramda elektrik şəbəkələrinnin hazırki vəziyyəti, onların inkişaf yolları, nəzərdə tutulmuş işlərin və investisiyaların həcmi və s. öz əksini tapıb", - deyə Barmek Azərbaycan şirkətində qeyd ediblər.

İİN-də bildiriblər ki, hazırda Nazirliyin mütəxəssisləri Barmek Azərbaycan investisiya proqramını müzakirə edirlər. "Bizim məqsədimiz qısa müddət ərzində proqramı qəbul etməkdir", - deyə Nazirlikdə vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti