...

AZERENERJI AZƏRBAYCANIN CƏNUBUNDAKI ALTI RAYONUN ELEKTRİK ENERJİSİ İLƏ TƏCHİZATINI BƏRPA EDİB

Energetika Materials 30 Sentyabr 2005 13:34 (UTC +04:00)

Azerenerji Səhmdar Cəmiyyəti dünən baş vermiş qəzadan sonra Azərbaycanın altı cənub rayonunun elekrik enerjisi ilə təchizatını bərpa edib. Bu barədə Trend ə sentyabrın 30-da Azerenerji -nin rəhbəri Etibar Perverdiyev məlumat verib.

Onun sözlərinə görə, dünən gecə saat 20.34-də Azərbaycanın Cəlilabad rayonun ərazisində yerləşən üçüncü Masallı elektrik ötürücüsü xəttində qəza baş verib. Qəza nəticəsində Lənkəran, Astara, Lerik, Cəlilabad, Sabirabad və Salyan rayonlarının eliktrik enerjisinin veriliməsi dayandırılıb.

"Qəzadan 11 dəqiqə sonra Lerikdən başqa bütün rayonlara eolektrik enerjisinin verilməsi bərpa edilib. Bu rayonlara elektrik enerjisi digər elektrik ötürücüsü xəttləri vasitəsilə həyata keçirilib. Biz bir saatdan sonra qəza yerini müəyyən etdik. Səhər saat 7.30-da artıq 3-cü Masallı EÖX-nin fəaliyyəti bərpa edildi. Hazırda qəzanın baş vermə səbəblərinin araşdırılması ilə bağlı işlər aparılır.

"Biz burada insan amilinin olduğunu hesab edirik. Zədələnmiş kabelə baxış zamanı qəzaya odlu silahdan açılan atəşin səbəb olduğu aydın olub. Hazırda ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmək üçün sənədlər hazırlanır", -Azerenerji-nin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti