...

BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİ DEYMƏK OLAR Kİ, 30% TEXNİKİ NEFTLƏ DOLDURULUB

Energetika Materials 10 Oktyabr 2005 16:45 (UTC +04:00)

BTC Co boru kəməri şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərinin texniki neftlə doldurulmasını davam etdirir. Bu gün boru kəmərinə zəruri neftin həcminin 29% -i vurulub.

BTC Co-dan Trend ə ,verilən məlumata görə, bu gün Bakı-Ceyhan boru kəmərinə 396,5 min ton Azeri Light nefti vurulub ki, bu da 2,9 milyon barel xammal təşkil edir. Neft kəmərinin doldurulması üçün 10 milyon barel neft lazımdır.

Sentyabrın əvvəlində neft anbarlarından birindən tankerə yüklənən Ceyhan limanına ilk neft daxil olub. Azeri Light növlü neftdən olan bu partiya Ceyhana sentyabrın birinci ongünlüyündə Gürcüstanın Qara dənizdəki Supsa limanından terminalın yoxlamadan keçirilməsi və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin doldurulması üçün daxil olub. 600 min barel həcmində neft partiyası BTC Co boru kəməri şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yataqlarından neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə tərəfdaşlarından alınıb. Bu partiyanın dəyəri Azeri Light növü üzrə Platts orta aylıq məzənnəsi əsasında alınıb. BTC Co -da 25 %-lik payla təmsil olunan Azərbaycan ABƏŞ-dən 600 min barel neftin alınması üçün pul vəsaiti təqdim etməyib, partiyanın akkumulyasiyası üçün öz payına müvafiq neft ayırıb.

Xəbər lenti

Xəbər lenti