...

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ildə iri dəniz yatağındakı yeni platformada 4 neft quyusu istismara verəcək

Energetika Materials 8 Dekabr 2005 15:02 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) 2006-cı ildə "Nefi Daşları" yatağındakı 18-87 saylı platformada 4 neft quyusu istismara vermək niyyətindədir. Bu barədə Trend ə AR DNŞ nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, keyfiyyətsiz təchizat nəticəsində platformanın tikintisi üzrə işlər ləngiyir. "Lakin 18-87 saylı stasionar platformada işlərin birinci mərhələsi 2006-cı ilin əvvəlində başa çatacaq ki, bu da əvvəllər "Xəzər-6" BQQ vasitəsilə qazılmış 4 neft quyusunun istismarına imkan verəcək", - deyə AR DNŞ-də bildirilib.

Hazırda 18-87 saylı platformada qazılması planlaşdırılan 36 quyunun 4-ü qazılıb. İlin sonuna kimi AR DNŞ 5-ci quyunu qazmağı planlaşdırır. 4 quyudan sutkada 120 min tondan artıq (ildə 43 min tondan artıq) neft hasilatı nəzərdə tutulub. Digər 31 quyunun qazılmasına platıformanın istismara verilməsindən sonra başlanılacaq.

"Bu platformanın inşası "Neft Daşları" yatağında neft hasilatını sutkada 2450 tona qədər (ildə 890 min tondan artıq) artırmağa imkan verəcək. Hazırda yataqda neft hasilatı 2300 tondur (ildə 840 min ton). Bəzi məlumatlara görə, platformanın inşası $30 mln-na başa gəlir.

Xəbər lenti

Xəbər lenti