...

Barmek Azerbaycan 314 mln. manat məbləğində 1 914 384 kVt/s elektrik energisi kompensasiya edib

Energetika Materials 13 Dekabr 2005 18:21 (UTC +04:00)

Barmek Azerbaycan şirkəti (Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkələrinin operatoru) noyabr ayı ərzində aparılmış yoxlamalar nəticəsində 314 mln. manat məbləğində 1 914 384 kVt/s elektrik energisi kompensasiya alıb. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətində bildirilib.

Barmek Azerbaijan şirkətinin növbəti reydləri nəticəsində ölkənin Bakı və Sumqayıt şəhərlərində, eləcə də Quba, Xaçmaz, Dəvəçi rayonlarında olan müəssisə və təşkilatlarda elektrik enerjisinin istifadəsi qaydalarının pozulması aşkar edilib. Faktlar üzrə aktlar tərtib edilib.

Barmek Azerbaijan şirkətində bildirilib ki, pozuntular əsasən Bakı şəhərinin rayonlarında qeydə alınıb.

Pozuntular arasında daha çox elektrik sayğaclarının işinə müdaxilə, onların sıradan çıxarılması, sayğacın olmaması, eləcə də digər xətlərə qoşulma kimi hallara rast gəlinir.

Xəbər lenti

Xəbər lenti