...

Azərbaycan Gürcüstana qazı fövqəladə vəziyyətlərdə tədarük edəcək

Energetika Materials 26 Dekabr 2005 15:25 (UTC +04:00)

" Bakı və Tbilisi Azərbaycandan Gürcüstana təbii qazın qaz nəqlini həyata keçirən ənənəvi marşrutlarda qəza yarandıqda və digər fövqəladə vəziyyətlərdə tədarükünə dair razılığa gəlib"-deyə energetika naziri Nika Qilauri "Reyter"ə bildirib.

Qilauri Gürcüstanın XİN başçısı Qela Becuaşvili ilə birgə ötən həftənin sonunda Azərbaycan hakimiyyəti ilə iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində danışıqlar aparıb.

Energetika naziri deyib ki, Gürcüstan ilə Azərbaycan arasında sonrakı danışıqlar nəticəsində fövqəladə vəziyyətlərdə qaz tədarükünün həcmi dəqiqləşdiriləcək.

Hazırda Gürcüstanda təbii qazın inhisarçı tədarükçüsü Rusiyanın Qazprom şirkətidir.

Gürcüstan gələn il Qazprom-dan 2,25 mlrd. m3 qaz almağı planlaşdırır. 2005-ci ildə alış həcmi 1,30 mlrd. m3 təşkil edirdi. Cari ilin 11 ayı ərzində Qazprom Gürcüstana 1,23 mlrd. m3 qaz tədarük edib.

Qazprom artıq Gürcüstanın Tbilqaz şirkəti ilə 2006-cı ildə 1.000 kubmetri üçün öncədən elan edilmiş $110 dəyərində 920 mln. m3 qaz alınmasına dair müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti