...

Azərbaycanda bəzi neft məhsullarının qiyməti qalxıb

Energetika Materials 6 Yanvar 2006 11:20 (UTC +04:00)

Azərbaycanın Tarif (qiymət) Şurası yanvarın 5-də keçirilmiş iclasda təsərrüfat subyektlərinin neft məhsullarının qiymətinin qaldırılmasının mümkünlüyü ilə bağlı müraciətinə baxıb. Trend in Tarif Şurasının press-relizinə istinadən xəbər verdiyi kimi, Şuranın qərarı ilə bəzi neft məhsullarının qiyməti qaldırılacaq.

Belə ki, dizel yanacağı, kerosin və məişət qazının qiyməti 36 qəpiyə (1800 köhnə manat - $0,40) qədər qaldırılacaq. Tarif Şurasının qərarı 6 yanvar 2006-cı il tarixindən etibarən qüvvəyə minir.

Sənəddə qeyd olunur ki, ölkədə neft məhsullarının qiymətinin dünya standartlarına uyğunlaşdırılmasının növbəti mərhələsi kimi bu qərar neft məhsullarının qanunsuz ixracının qarşısının alınmasına, daxili bazarda neft məhsullarının keyfiyyətinin və dövlətin gəlirlərinin artmasına imkan verəcək.

Yanacaq-sürtkü materiallarının satış bazarında mənbələrin Trend ə verdiyi məlumata görə, yaxın perspektivdə avtomobil benzini və maye qazın qiymətinin qaldırılması nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti