...

Dekabrın sonlarında regionlarda 20 poçt şöbəsi istismara veriləcək

Telekommunikasiya Materials 21 Dekabr 2005 15:20 (UTC +04:00)

Dekabrın sonlarına kimi Azərpocht Dövlət Müəssisəsi regionlarda 20 poçt şöbəsini istismara verəcək. Müəssisədən Trend ə verilən məlumata görə, yeni obyektlərin təhvili 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilib.

"Hazırda bu istiqamətdə müvafiq işlər aparılır" - deyə DM-dən bildiriblər.

Yeni poçt şöbələri ölkənin cənub regionlarında- Cəlilabadda, Lerikdə, Lənkəranda, Astara və Masallıda yerləşir.

Dövlət strukturundan bir az əvvəl alınan məlumatlara görə, bütün 2005-ci il ərzində 230-ay axın poçt şöbəsinin tikintisi və bərpası planlaşdırılıb ki, bunların əksəriyyəti həyata keçirilib.

"Adı çəkilən işlər 2004-2008-ci illər ərzində Azərbaycanın regionlarını sosial-iqtisadi inkişafı üzrə proqram çərçivəsində, eləcə də ölkədə informasiya -kommunikasiya texnologiyalarının inkişafı və ölkədə poçt şəbəkəsinin modernləşdirilməsi üzrə yeni layihə ilə əlaqədar həyata keçirilir" - deyə dövlət müəssisəsindən bildirilib.

Xəbər lenti

Xəbər lenti