...

"Muğanbank"ın aktivləri ay ərzində 2,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2012 15:37 (UTC +04:00)
"Muğanbank" ASC-nin aktivlərinin həcmi 2012-ci il noyabrın 1-nə 269 065,35 min manata çatdırılıb ki, bu da ötən ayın göstəriciləri ilə müqayisədə 2,6% çoxdur.
"Muğanbank"ın aktivləri ay ərzində 2,6 faiz artıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir C.Nəsibova/

"Muğanbank" ASC-nin aktivlərinin həcmi 2012-ci il noyabrın 1-nə 269 065,35 min manata çatdırılıb ki, bu da ötən ayın göstəriciləri ilə müqayisədə 2,6% çoxdur.

Bankdan Trend-ə verilən məlumata görə, həmçinin, əhalinin əmanətləri 78 843,77 min manata çatdırılıb. Bankın kredit portfeli artaraq 204 665,71 min manat təşkil edib.

Bankın faiz gəlirləri 22 279,94 min manata, qeyri-faiz gəlirləri isə 10 378,63 min manata çatdırılıb.

Noyabrın 1-nə bankın məcmu kapital isə 39 589,73 min manat təşkil edib.

"Muğanbank"ın müvafiq dövr üçün likvidlik əmsalı 57,79%-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti