...

Bazar iştirakçısı: Azərbaycan regionlarında ipotekanın verilməsi əlavə səylər tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2014 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan regionlarında ipotekaya tələbat çox olsa da, "Nikoil Bank" mənzil almaq üçün yalnız Bakıda kreditlər verir. Bunu Trend-ə bankdan deyiblər.

Bankdan bildiriblər: "Biz regionlarda ipoteka kreditləri vermirik, çünki bu proses mütəmadi yoxlama və monitorinqin aparılmasını tələb edir. Hazırda bankın bilavasitə ipoteka kreditlərinin verilməsi ilə məşğul olan Bakı ofisindən uzaq məsafədə yoxlama və monitorinq keçirməyə imkanı yoxdur".

Bankdan qeyd ediblər ki, hazırda "Nikoil Bank"ın ümumi ipoteka portfelində sosial ipoteka çərçivəsində verilmiş kreditlərin payı 18 faizdir, kreditlərin 82 faizi isə adi şərtlər əsasında verilib.

2014-cü ilin I yarısının nəticələri üzrə "Nikoil Bank"ın ipoteka portfelinin həcmi 23,28 milyon manat təşkil edib. Bankdan bildiriblər ki, "Nikoil Bank" bir il əvvəl "Elektron ipoteka" pilot layihəsinə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti