...

Musa Pənahov: BTQ dəmir yolu 2015-ci ildə istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2014 12:23 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində bu il sentyabrın sonuna kimi Gürcüstan-Türkiyə sərhədinədək dəmir yolunun yaradılması üzrə bütün texniki işlər başa çatacaq.
Musa Pənahov: BTQ dəmir yolu 2015-ci ildə istismara veriləcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində bu il sentyabrın sonuna kimi Gürcüstan-Türkiyə sərhədinədək dəmir yolunun yaradılması üzrə bütün texniki işlər başa çatacaq. Trend xəbər veriri ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, yaxın aylarda Türkiyə ilə sərhədə qədər texniki qatar buraxılacaq ki, bu da həmin hissədə müəyyən texniki işlərin aparılmasını asanlaşdıracaq.

M.Pənahov deyib ki, eləcə də gələn ilin ortalarınadək Gürcüstan-Türkiyə sərhədində 4 kilometrlik tunelin tikintisi başa çatacaq. Tunelin tikintisi çərçivəsində işlərin 80 faizi artıq yerinə yetirilib: "Həmçinin Türkiyə ərazisində işlər davam etdiriləcək və bu işlərin gələn il başa çatdırılması nəzərdə tutulur".

Onun sözlərinə görə, layihə çərçivəsində işlər qrafikə uyğun aparılır. Nazir müavini yeni dəmir yolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti