...

ТАР layihəsində yeni səhmdar

Energetika Materials 30 Sentyabr 2014 16:46 (UTC +04:00)
İspaniyanın "Enagás" şirkəti 16 faizlik payla Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin yeni səhmdarı olub.
ТАР layihəsində yeni səhmdar

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Aygün Bədəlova/

İspaniyanın "Enagás" şirkəti 16 faizlik payla Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin yeni səhmdarı olub. Trend xəbər verir ki, bu barədə TAP-ın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Belçikanın "Fluxys" şirkəti də layihədəki payını 16 faizdən 19 faizədək artırıb.

Məlumata əsasən, TAP səhmdarlarının strukturunda dəyişikliklər "Enagás" və "Fluxys" şirkətlərinin Almaniyanın E.ON (9 faiz) və Fransanın "Total" şirkətlərinin (10 faiz) layihədəki 19 faizlik paylarını alması nəticəsində baş verib.

Hazırda layihədə pay bölgüsü aşağıdakı kimidir: BP - 20 faiz, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) - 20 faiz, "Statoil" - 20 faiz, "Fluxys" - 19 faiz, "Enagás" - 16 faiz, "Axpo" - 5 faiz.

Qeyd edək ki, ТАР "Şahdəniz" konsorsiumu tərəfindən Avropa bazarlarına qaz nəqli marşrutu kimi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti