...

Avropa Nüvə Tədqiqatları Mərkəzi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Telekommunikasiya Materials 1 Sentyabr 2014 17:51 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Avropa Nüvə Tədqiqatları Mərkəzi Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Trend-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) istinadən verdiyi məlumata görə, görüşdə Ə.Abbasov Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlar, o cümlədən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün RYTN-in tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərindən, perspektiv planlarından söz açıb.

Bu gün nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə istifadəsini önə çəkən nazir Azərbaycanın nüvə xammal ehtiyatları potensialına, eyni zamanda, nüvə texnologiyalarının tədqiqi sahəsində müvafiq təcrübəyə malik olduğunu, keçmiş sovet dönəmindən indiyə qədər respublikada bu sahədə müəyyən işlərin aparıldığını diqqətə çatdırıb.

Nümayəndə heyətinə rəhbərlik edən CERN-in Departament rəhbəri Foss Rüdiger 21 üzvü olan Avropa Nüvə Tədqiqatları Mərkəzinin bir çox ölkələrlə əməkdaşlıq etdiyini, Azərbaycanın da bu ölkələrdən biri olduğunu nəzərə çatdırıb. Ölkəmizlə CERN arasında qurulan əməkdaşlığın təməli və bu münasibətlərin inkişaf mərhələlərini də diqqətə çatdıran qonaq bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.

Görüşdə, həmçinin yüksəkixtisaslı kadr hazırlığı, qarşılıqlı tədqiqatların genişləndirilməsi və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti