...

Yevlaxda mikroavtobus minik avtomobilini 15 metr kənara atdı

Hadisə Materials 7 Mart 2014 10:59 (UTC +04:00)
Ötən gecə Bakı-Qazax magistralının 289-cu kilometrliyində, Yevlax rayonu ərazisində minik maşını ilə mikroavtobus toqquşub.
Yevlaxda mikroavtobus minik avtomobilini 15 metr kənara atdı

Azərbaycan, Bakı, 7 mart /Trend/

Ötən gecə Bakı-Qazax magistralının 289-cu kilometrliyində, Yevlax rayonu ərazisində minik maşını ilə mikroavtobus toqquşub.

Trend EL TV-yə istinadən xəbər verir ki, Ucar rayon sakini Əfsus Sərkər oğlu Vəliyevin idarə etdiyi "Mersedes" markalı minik avtomobili ilə Qazax rayon sakini Mirzaur Mirhəmid oğlu Mahmudovun idarə etdiyi "Mersedes" markalı mikroavtobus toqquşub.

Yol polisinin məlumatına görə, qəza minik maşınının mikroavtobusun yoluna çıxması nəticəsində baş verib. Zərbənin gücündən minik maşını təxminən 15 metr kənara düşüb.

Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti