...

Fuad Muradov: Ermənistandan Krıma aviareysin açılması beynəlxalq normaların pozulmasıdır

Siyasət Materials 23 Oktyabr 2014 17:03 (UTC +04:00)
Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır. Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Fuad Muradov bildirib.
Fuad Muradov: Ermənistandan Krıma aviareysin açılması beynəlxalq normaların pozulmasıdır

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır. Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Fuad Muradov bildirib.

Millət vəkilinin fikrincə, rəsmi Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir: "Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, Yerevanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyaların Ermənistana da tətbiq olunmasını zəruri edir".

F.Muradov qeyd edib ki, Ukraynanın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna Simferopol hava limanının 2014-cü ilin mart ayından etibarən bağlandığını rəsmən bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti