...

Azərbaycanda son iki gündə yol hərəkəti qaydalarını pozan 7 mindən artıq sürücü cəzalandırılıb

Cəmiyyət Materials 11 İyun 2012 11:35 (UTC +04:00)
Azərbaycan yol polisinin iki gün ərzində keçirdiyi reydlər zamanı yol hərəkəti qaydalarını pozan 7 mindən artıq sürücü cəzalandırılıb.
Azərbaycanda son iki gündə yol hərəkəti qaydalarını pozan 7 mindən artıq sürücü cəzalandırılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan yol polisinin iki gün ərzində keçirdiyi reydlər zamanı yol hərəkəti qaydalarını pozan 7 mindən artıq sürücü cəzalandırılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, şənbə və istirahət günü respublika ərazisində keçirilən reydlər zamanı 7136 sürücü yol hərəkəti qaydalarını pozduğu üçün inzibati qaydada məsuliyyətə cəlb olunub.

Onlardan 876-sı sürət həddini aşdığı üçün (həmin sürücülərdən 261-i 30 km/saat yuxarı sürət həddini aşanlardır), 1503 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün, 31-i sərnişindaşıma, 49-u yükdaşıma qaydalarını pozduğu üçün, 62 sürücü isə sükan arxasında mobil telefonla danışdığına görə inzibati qaydada cərimələniblər.

223 sürücü isə avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün idarəetmədən kənarlaşdırılıb və barələrində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, son zamanlar ağır yol nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə ökənin bütün ərazisində reydlər keçirilir.

Reydlər zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, sürət məhdudiyyətinə əməl etməyən, ötmə, manevretmə qaydalarını kobud şəkildə pozan sürücülə qarşı tədbirlər görülür.

Əliyev bildirib ki, reydlər davam edir. Yol polisi sürücülərə avtomobili idarə edərkən yol hərəkəti qaydalarına riayət etmələrini, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altında qoymamalarını tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti