...

Azərbaycanda teleradio şirkətlərində bədii şuralar yaradılacaq

Cəmiyyət Materials 10 Aprel 2013 10:18 (UTC +04:00)
Azərbaycanda bu il ərzində Milli Televiziya və Radio Şurası tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq.
Azərbaycanda teleradio şirkətlərində bədii şuralar yaradılacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu il ərzində Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq. Trend-in məlumatına görə, bu məsələ ölkə Prezidentinin sərəncamı ilə yeni təsdiqlənmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub.

Televiziya və radio verilişlərində, yazılı və elektron mət­buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldil­mə­si də təmin ediləcək. Bu işlər mütəmadi olaraq, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Təhsil Nazirliyi tərəfindən aparılacaq.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği də gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti