Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İsabalayeva/
Akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə səhiyyə müəssisələrində bir sıra tədbirlər keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 12:00-da Suraxanı rayon Birləşmiş Şəhər Xəstəxanasının akt zalında akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçiriləcək.
Aprelin 23-də Sumqayıt şəhər Tarix Muzeyinin akt zalında akademik Zərifə Əliyevanın elmi və ictimai fəaliyyətinə dair şəhər tibb işçilərinin iştirakı ilə konfrans keçiriləcək.
Aprelin 28-də tibb işçiləri tərəfindən Corat qəsəbə sakinlərinə səyyar tibbi xidmət aksiyası keçiriləcək.