...

Bakıda güclü külək əsəcək, temperatur enəcək

Cəmiyyət Materials 23 Sentyabr 2014 13:08 (UTC +04:00)
Sabah axşamdan Azərbaycanda havanın temperaturu enəcək, Bakıda güclü külək əsəcək.
Bakıda güclü külək əsəcək, temperatur enəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah axşamdan Azərbaycanda havanın temperaturu enəcək, Bakıda güclü külək əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü cənub-qərb küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20, günün birinci yarısında 28-33, axşama doğru 20-23 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti