...

Azərbaycan Dünya Bankı ilə birgə ali təhsil sahəsində yeni layihəni müzakirə edir

Cəmiyyət Materials 16 Oktyabr 2014 14:51 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxır
Azərbaycan Dünya Bankı ilə birgə ali təhsil sahəsində yeni layihəni müzakirə edir

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə elmi fəaliyyətin təşkili prinsiplərinə baxır. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində bu istiqamətdə yeni layihələr elan olunacaq.

Nazir qeyd edib ki, ali təhsil sistemində bır sıra işlər həyata keçirilib, mövcud ixtisaslara yenidən baxılıb, buna uyğun olaraq tədris proqramları təkmilləşib. Boloniya prosesinə müvafiq dərs yükünün optimallaşdırılması gələcəkdə də davam etdiriləcək.

M.Cabbarov onu da əlavə edib ki, hazırda ali təhsil sahəsində Dünya Bankı ilə birgə yeni layihənin müzakirəsi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti