...

Devid Bekhem Pari Sen-Jermen klubu ilə qısamüddətli müqavilə imzalayıb

İdman Materials 3 Fevral 2013 07:16 (UTC +04:00)
Tanınmış ingillis futbolçusu Devid Bekhem Fransanın Pari Sen-Jermen klubu ilə qısamüddətli müqavilə imzalayıb.
Devid Bekhem Pari Sen-Jermen klubu ilə qısamüddətli müqavilə imzalayıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.Qəzvini/

Tanınmış ingillis futbolçusu Devid Bekhem Fransanın Pari Sen-Jermen klubu ilə qısamüddətli müqavilə imzalayıb. Beş aylıq müqaviləyə əsasən məşhur futbolçu artıq fevralın ortasından məşqlərə start verəcək.

Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Bekhem PSJ ilə Valensiya arasında keçiriləcək Çempionlar Liqasının 1/8 final matçına yollansa da, yaşıl meydançaya çıxmayacaq. İdman direktoru Leonardo bildirib ki, 37 yaşlı ingilis futbolçusu klub ücün bir nümunə olacaq.

Sonda o qeyd edib ki, PSJ-dən alacağı maaşının bir hissəsini xeyriyyə fonduna keçirəçək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti