...

Barak Obama Nyu Yorkda silahlı şəxsin iki polisi qətlə yetirməsini pisləyib

Dünya xəbərləri Materials 21 Dekabr 2014 11:34 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Nyu Yorkda silahlı şəxsin iki polis əməkdaşını qətlə yetirməsini pisləyib.
Barak Obama Nyu Yorkda silahlı şəxsin iki polisi qətlə yetirməsini pisləyib

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

ABŞ Prezidenti Barak Obama Nyu Yorkda silahlı şəxsin iki polis əməkdaşını qətlə yetirməsini pisləyib. Bu barədə Trend Röyter-ə istinadən məlumat verib.

B.Obama bildirib ki, polislər hər gün insanların hörmətinə və təşəkkürlərinə layiqdilər.

Qeyd edək ki, Nyu Yorkda silahlı şəxs iki polis əməkdaşını qətlə yetirib, sonra isə özünə atəş açaraq intihar edib.

İnsident Bruklin rayonunda baş verib.

Tapança ilə silahlanmış 28 yaşlı İsmail Abdulla Brinsli (Ismaaiyl Abdullah Brinsley) polis maşınına yaxınlaşaraq asayiş keşikçilərinə atəş açıb. Bundan sonra o, metro stansiyasına daxil olub və orada özünə atəş açaraq intihar edib.

Ağır güllə yaraları almış polis əməkdaşları xəstəxanaya çatdırılıb, lakin həkimlər onları xilas edə bilməyib.

Xəbər lenti

Xəbər lenti