...

Misirin “Əl-Yaum Əs-Sabi” internet qəzetində 20 yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

Dünya xəbərləri Materials 24 Yanvar 2015 21:04 (UTC +04:00)
Cari ilin 20 yanvar tarixində 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar səfir Ş.Abdullayevin Misirin geniş oxucu kütləsinə malik “Əl-Yaum Əs-Sabi” internet qəzetində məqaləsi dərc edilib
Misirin “Əl-Yaum Əs-Sabi” internet qəzetində 20 yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Trend Azərbaycanın Misirdəki səfirliyinə istinadan məlumat verir ki, cari ilin 20 yanvar tarixində 20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar səfir Ş.Abdullayevin Misirin geniş oxucu kütləsinə malik "Əl-Yaum Əs-Sabi" internet qəzetində məqaləsi dərc edilib.

AR səfiri Ş.Abdullayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumatlar təqdim edərək, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar faciəsinə aparan yol haqqında ətraflı məlumat verib.

Məqalədə 20 yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılğın "kütləvi cəzalandırma" kimi qiymətləndirildiyi qeyd edilərək, 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı bildirib.

Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini boğmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqının öz qətiyyətli yolundan dönmədiyi və müstəqilliyini yenidən bərpa etdiyi məqalədə öz əksini tapıb.

Səfir məqaləsində qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qarbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafataının verilməsinin ədalətsiz olduğunu xüsusilə qeyd edib.

Azərbaycan xalqının siyasi və iqtisadi çətinliklərlə, xüsusən də ölkə ərazilərinin 20%-nin işğalına gətirib çıxaran erməni təcavüzü ilə üzləşdiyi xatırlanaraq, Azərbaycan rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində ölkəmizin hazırda yüksək templərlə inkişaf etdiyi və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyi oxucuların diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti