Azərbaycan, Bakı, 4 iyul /Trend/
ABŞ-da təcili yardım helikopteri qəzaya uğrayıb, pilot həyatını itirib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə Kolorado ştatının Frisko şəhərində yerli vaxtla saat 14:42-də baş verib.
Helikopterdə sərnişin olmadığı bildirilir. Qəzanın səbəbi məlum deyil.