Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Malayziyaya məxsus Amsterdamdan Kuala Lumpur şəhərinə uçan "Boeing 777" təyyarəsi Hindistanda məcburi eniş edib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, təyyarə Hindistanın Çennai şəhərində eniş edib. Enişə səbəb təyyarənin tualet otağlarının işləməməsi olub.
Nasazlıq aradan qaldırıldıqdan sonra təyyarə təyinat məntəqəsinə çatıb.