...

İranda hər il 15 milyon cinayət işi açılır

Dünya xəbərləri Materials 1 Dekabr 2015 17:27 (UTC +04:00)
İranda bir il ərzində 15 milyon cinayət işi açılır.
İranda hər il 15 milyon cinayət işi açılır

Bakı. Təmkin Cəfərov - Trend:

İranda bir il ərzində 15 milyon cinayət işi açılır. Trend-in ILNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Şimali Xorasan əyalətinin baş prokuroru Nurullah Qüdrəti deyib.

N.Qüdrəti həmin cinayət işlərinin böyük əksəriyyətinin maliyyə və borclarla bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, İranın IRNA agentliyinin məlumatına əsasən, hər il təqribən 500 min nəfər İran vətəndaşı müxtəlif cinayətlərə görə həbs olunur ki, onların 70 faizinin sabit iş yeri yoxdur və maliyyə problemləri var. Məhbusların çoxu savadsız və ali təhsili olmayan şəxslərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti