...

Türkiyə Ordusunun Suriyadakı əməliyyatları nə vaxt başa çatacaq?

Dünya xəbərləri Materials 24 Avqust 2016 13:57 (UTC +04:00)
Suriyanın bu bölgəsində Türkiyəyə qarşı açıq, hazır təhlükədən söhbət gedir.
Türkiyə Ordusunun Suriyadakı əməliyyatları nə vaxt başa çatacaq?

Bakı. Trend:

Türkiyəyə qarşı təhdidlər aradan qalxana qədər əməliyyatlar davam edəcək.

Trend "Haber 7"-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala Türkiyə Silahlı Qüvvələrinin Suriyada Cerablus bölgəsində apardığı antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

Nazir bildirib ki, terror təşkilatlarının Türkiyəni təhdid etməsinə imkan verilməyəcək: "Buna imkan verən şərait aradan qaldırılacaq. Görülən iş budur".

O əlavə edib ki, Suriyanın bu bölgəsində Türkiyəyə qarşı artıq yaxın təhlükə deyil, açıq, hazır təhlükədən söhbət gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti