Bakı. Trend:
Səudiyyə Ərəbistanının vəliəhdi, baş nazirin müavini, daxili işlər naziri Məhəmməd ibn Naif ibn Abdul-Əziz Əl Səud Ankaraya səfərə gəlib.
Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, vəliəhdin gəlişi planlaşdırılmamış olub.
Şahzadəni hava limanında Türkiyənin baş naziri Binəli Yıldırım qarşılayıb.