...

İstanbulda terror aktının törədildiyi yerin adı dəyişdirildi

Dünya xəbərləri Materials 12 Dekabr 2016 12:16 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində terror aktının törədildiyi ərazinin adı dəyişdirilib.
İstanbulda terror aktının törədildiyi yerin adı dəyişdirildi

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində terror aktının törədildiyi ərazinin adı dəyişdirilib.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə qərar Beşiktaş bələdiyyəsinin iclasında qəbul edilib.

Qərara əsasən, terror aktının baş verdiyi Beleştəpə adlı yerin adı dəyişdirilərək Şəhidlər Təpəsi adlandırılıb.

İstanbuldakı partlayışda ölənlərin sayı 44-ə çatıb

İstanbuldakı partlayışda ölənlərin sayı 44-ə çatıb

Xatırladaq ki, dekabrın 10-da futbol stadionunun yaxınlığında baş vermiş partlayış nəticəsində 44 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti