...

Peruda çamadanda jurnalistin yandırılmış meyiti tapılıb

Dünya xəbərləri Materials 4 Mart 2017 06:31 (UTC +04:00)
Perunun paytaxtı Lima şəhərində çamadanda jurnalistin parçalanmış və yandırılmış meyiti aşkar edilib
Peruda çamadanda jurnalistin yandırılmış meyiti tapılıb

Bakı. Trend:

Perunun paytaxtı Lima şəhərində çamadanda jurnalistin parçalanmış və yandırılmış meyiti aşkar edilib.

Trend-in məlumatına görə, məlum olub ki, jurnalist fevralın 25-i itkin düşmüş 55 yaşlı Xose Yaktayo olub.

Son 12 ildə Xose Yaktayo müstəqil teleradio şirkətlərindən birində prodüser vəzifəsində çalışıb. Onun öldürülməsi Perunun jurnalist ictimaiyyəti arasında etiraz reaksiyası doğurub. O, cənubi amerika ölkəsində cari ildə, öldürülən ilk jurnalist olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti