Bakı. Trend:
Ukraynada silah anbarındakı yanğına görə yaxınlıqdakı yaşayış məntəqələrindən 20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Trend-in məlumatına görə, Xarkov vilayətində yanan anbardan 40 km radiusda uçuşlar qadağan olunub.
Ukraynanın Baş naziri Vladimir Qroysmanın hadisə yerinə yollandığı bildirilir.
Partlayışla müşahidə olunan yanğın nəticəsində xəsarət faktı qeydə alınmayıb.