...

Hərbi prokuror Xarkovda silah anbarındakı yanğını təxribat adlandırıb (VİDEO)

Dünya xəbərləri Materials 23 Mart 2017 10:12 (UTC +04:00)
Xarkov vilayətində döyüş sursatlarının saxlandığı anbarda yanğın olub.
Hərbi prokuror Xarkovda silah anbarındakı yanğını təxribat adlandırıb (VİDEO)

Bakı. Trend:

Xarkov vilayətində döyüş sursatlarının saxlandığı anbarda yanğın olub.

Bu barədə Trend Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Balakleya şəhərində yerləşən silah bazasında yanğın gecə saatlarında qeydə alınıb. Bundan sonra döyüş sursatları partlamağa başlayıb və hazırda partlayışlar davam edir.

Anbarda 138 min ton mərminin saxlandığı bildirilir.

Ölkənin hərbi prokuroru Anatoli Matios hadisəni təxribat adlandırıb.

Yaxınlıqda yaşayan sakinlər təxliyə olunub.

Xəsarət alanlar barədə məlumar verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti